Regional Təhsil İdarələrinin yaradılması başa çatır

Regional Təhsil İdarələrinin yaradılması başa çatır - 1

“Regional Təhsil İdarələrinin yaradılması bu ilin mart ayı ərzində yekunlaşacaq”.

Modern.azxəbər verir ki, bu barədəTəhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O qeyd edib ki, bundan sonra bağçaların idarə edilməsi işini həmin idarələr həyata keçirəcək:

"Hazırda bağçalarla bağlı təhvil-təslim prosesi davam edir. Nəzərə alsaq ki, ölkədə 1000-dən artıq dövlət uşaq bağçası var və bu da kifayət qədər vaxt tələb edir. Uşaq bağçalarına azyaşlıların qəbulunun elektron formada olması da planlaşdırılır. Eyni zamanda tərbiyəçilərin də qəbul prosesinin Müəllimlərin İşə Qəbulu formatında olması düşünülür. Hazırda məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti, statistik məlumatların toplanması, işçi ehtiyacı və s. üzrə qiymətləndirmələr aparılır”.

Qeyd edək ki, ötən ilin sonunda dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed