“Qırmızı kitab”ın III nəşrinin hazırlanması üzrə təlimə start verilib

“Qırmızı kitab”ın III nəşrinin hazırlanması üzrə təlimə start verilib

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Zoologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinə salınacaq növlərin Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) Qırmızı siyahısının kateqoriya və kriterilərinə görə qiymətləndirilməsi üçün təlimlərə başlanılıb.

Zoologiya İnstitutundanAZƏRTAC-a bildirilib ki, təlim IUCN-in komissiya üzvü, ekoloq Andrev Rodrigues tərəfindən aparılır. Təlimə “Qırmızı kitab”ın III nəşrinin hazırlanmasında iştirak edən müxtəlif təşkilatların (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya və Botanika institutları) işçi qruplarının üzvləri cəlb olunublar.

Qeyd edək ki, təlimin oktyabrın 19-dək keçirilməsi nəzərdə tutulub.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed