not foundTable './shagird_myusers/viewed1' is marked as crashed and last (automatic?) repair failed Ötən ay neçə nəfərin diplomu tanınmayıb? - Təhsil xəbərləri

Ötən ay neçə nəfərin diplomu tanınmayıb?

Mart ayı üzrə 313 müraciətçinin 255-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 58 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə"Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 38, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 11, dövlət nümunəli olmayan diplom üzrə 6, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Bildirilib ki, ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 94, Rusiya Federasiyasından 78, Türkiyə Respublikasından 73, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 18, Gürcüstandan 18, Belarus Respublikasından 5, Polşa Respublikasından 5, Çin Xalq Respublikasından 4, Macarıstandan 3, Amerika Birləşmiş Ştatlarından 2, Fransa Respublikasından 2, İsveçrə Konfederasiyasından 2, Koreya Respublikasından 2, Litva Respublikasından 2, Almaniya Federativ Respublikasından 1, İspaniya Krallığından 1, Malayziyadan 1, Niderland Krallığından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 44, iqtisadiyyat üzrə 34, menecment üzrə 27, biznesin idarə edilməsi üzrə 22, hüquqşünaslıq üzrə 11 müraciətçi qeydə alınıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed