..........24

Nə səbəbə bu il 700 bal toplayan olmayıb? - VİDEO

Nə səbəbə bu il 700 bal toplayan olmayıb? - VİDEO - 1
Ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Lakin bu il imtahanlardan ən yüksək nəticəni əldə edən olmayıb. Ekspertlərə görə, bu hal gözlənilən idi, çünki müharibə və pandemiya şəraiti təhsilin keyfiyyətinə öz təsirini göstərməyə bilməzdi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, təhsil eksperti Səbuhi Abdullayev deyib ki, belə şəraitdə mütləq Dövlət İmtahan Mərkəzi müvafiq addımlar atmalıydı.

"Bundan sonrakı illərdə də çoxlu sayda 700 bal toplayan tələbə görməyəcəyik. Çünki təhsildə, xüsusilə də imtahanlarda tətbiq olunan qaydalar buna imkan verməyəcək",-deyə ekspert əlavə edib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə isə hər iki imtahan nəticələrində kifayət qədər yüksək bal toplayan abituriyentlər var ki, onların nəticələri maksimal baldan elə də uzaq deyil. 1-ci ixtisas qrupunda 697, 4-cü ixtisas qrupunda 692, 3 və 5-ci ixtisas qruplarında 680, 2-ci ixtisas qrupunda 691 kimi maksimal nəticəni göstərənlər var ki, bunlar da elə 700 bala bərabər götürülməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Paylaşmağı unutma

Səhr yaz

first box will be shown second NOT

Bağla
..................