Nazirlik işə yeni qəbul olan müəllimlərə müraciət edib

Nazirlik işə yeni qəbul olan müəllimlərə müraciət edib

Elm və Təhsil Nazirliyi əlavə vakansiya seçimində işə qəbul olan müəllimlərə müraciət edib.

Nazirlikdən"Report"a bildirilib ki, 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas turunda tutulmayan vakant yerlər üçün əlavə vakansiya seçimində uğur qazanan namizədlər 7 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.

Qeyd edək ki, çıxarışını təsdiqləyən namizədlərin müsahibə mərhələsi tədris ili ərzində baş tutacaq və bu barədə məlumat əvvəlcədən şəxsi səhifələrinə göndəriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed