Naxçıvanda magistraturaya qəbul imtahanı keçirilib

Naxçıvanda magistraturaya qəbul imtahanı keçirilib

Naxçıvanda magistraturaya qəbul imtahanı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirib.

Naxçıvan Muxtar Respublikasında imtahan üçün 2 bina ayrılıb. İmtahanlar Naxçıvan şəhər 5 nömrəli və 14 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda Naxçıvan üzrə 500-dən artıq bakalavr iştirak edib.

Qaydalara görə proses zamanı bakalavrlara 50-si məntiqi təfəkkür, 25-i xarici dil, 25-i isə informatika olmaqla, ümumilikdə 100 sual təqdim olunub. Hər bir doğru cavab bir balla qiymətləndirilib, səhv cavablar iştirakçının ümumi nəticəsinə təsir etməyib.

Naxçıvanda imtahanın idarə olunmasına 6 imtahan rəhbəri, 48 nəzarətçi-müəllim, 6 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed