..........20

NASA “Yaradılış Sütunları”nın yeni fotolarını yayıb

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb.

Milli.Az "Report"a istinadən bildirir ki,fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsilə çəkilib.

"Şəkillər tədqiqatçılara yeni ulduzları daha dəqiq saymaqla ulduz əmələ gəlmə modellərini yeniləməyə, ərazidə qaz və tozun miqdarını öyrənməyə kömək edəcək", məlumatda deyilir.

Qartal dumanlığı Yerdən təqribən 6,5 min işıq ili uzaqlıqda yerləşir. Kosmik dumanlıq hissəciklərin birləşməsi nəticəsində yeni ulduzların yarandığı ulduzlararası qaz və toz toplusudur.

  • Paylaşmağı unutma

Səhr yaz

first box will be shown second NOT

Bağla
..................