Muzeydə Novruz macəraları - uşaqlar üçün tədbir

Muzeydə Novruz macəraları - uşaqlar üçün tədbir

Milli Azərbaycan Tarixi Muzeyində qarşıdan gələn Novruz bayramı münasibətilə “Muzeydə Novruz macəraları” adlı əyləncəli-maarifləndirici tədbirlərə start verilib.

Bu barədəAZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbirlərdə gips fiqurları üzərində səməni rəngləmə, ustad dərsləri, kəndirdartma və digər əyləncəli oyunlar, müxtəlif proqramlar təşkil olunur. Eyni zamanda, uşaqlar muzeyin zəngin eksponatları ilə tanış olur, Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə ekskursiya edirlər. 3-10 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş tədbir martın 17-dək davam edəcək.

Tədbirlərdə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır: Əlaqə telefonu: +994 55 734 76 64

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed