Sizin hazırki nikiniz (ləğəbiniz)

Misir Mərdanov testin ləğvi haqqında nə dedi?

401-misir-merdanov-testin-legvi-haqqinda-ne-dedi-1
Sabiq təhsil naziri Misir Mərdanov test üsulunun ləğv olunması məsələsi ətrafında baş verənlərlə bağlı modern.az saytına müsahibə verib.
Misir müəllim, bir neçə gün bundan əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə 2 ildən sonra test üsulunun ləğv olunacağı anonsunu verdi. Keçmiş təhsil naziri olaraq, sizcə, Azərbaycan təhsil sistemində test üsulunun ləğv olunması nə dərəcədə real görünür?
- İnsanın biliyinin qiymətləndirilməsi sistemi dünyanın aparıcı, qabaqcıl ölkələrində necədirsə, elə də olmalıdır. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Respublikamızın dünya birliyinə daxil olması istiqamətində çox ciddi addımlar atılır. Ölkəmiz dövlət başçısının tapşırığı ilə irəliyə doğru hərəkət edir. Bütün sahələrdə, o cümlədən elm, təhsil, iqtisadiyyat sahəsində dünyanın inkişaf etməkdə olan ölkələrinin önündə gedə bilən dövlətik. Ona görə də günümüzdə test sahəsi təkmilləşməlidir. Müsbət yeniliklər tətbiq olunmalıdır.
Hörmətli Məleykə xanımın da, təhsil nazirinin müavini Ceyhun Bayramovun da çıxışlarını diqqətlə izlədim. Onların hər ikisinin çıxışından belə başa düşdüm ki, test üsulu ləğv olunmayacaq. Sadəcə, zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilməlidir. Mən də bu addımı dəstəkləyirəm. Bu işin başında duran insanlara uğur arzulayıram.
Məleykə Abbaszadə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin yeni imtahan modelləri üzərində müzakirələr apardığını  və nəticənin sentyabrda ictimaiyyətə təqdim olunacağını deyib. Sizcə, söhbət hansı modeldən gedir? Yeniliklər nədən ibarət ola bilər?
- Belə başa düşdüm ki, qapalı suallarla yanaşı, açıq suallar da abituriyentlərə təqdim olunacaq. Ola bilər ki, burada mərhələlər olsun. İmtahan verənin biliyi qiymətləndirilərkən onun yaddaşına yox, məntiqi təfəkkürünə uyğun olan qiymətləndirmə  istiqamətində iş aparılır. Uşağın yalnız yaddaşına deyil, məntiqi təfəkkürünə qiymət veriləcək. Məsələn, mən riyaziyyat müəllimiyəm. Məsələ-misal veriləcəksə, həlli tələb olunacaq. Düşünürəm ki, bu, doğru yoldur. O da yaxşı haldır ki, hələ il başlamamış müvafiq qurumlar tərəfindən bu barədə Azərbaycan ictimaiyyəti məlumatlandırılır.
Uzun illərdir ki, orta məktəblərdə şagirdlər kurrikulum əsasında dərs keçirlər. Açığı, etiraf edək ki, kurrikulum sistemi ilk vaxtlarda narazılıqla qarşılandı. Belə demək olarmı, kurrikulum sisteminə keçidin kökündə test sistemindən uzaqlaşmaq dayanıb?
- Mənə elə gəlir ki, bu dəyişikliyin əsas səbəblərindən biri odur ki, milli kurrikulum sistemi ilə dərs keçən şagirdlər artıq son siniflərə gəlib çatıblar. Kurrikulumun da əsas amallarından biri ondan ibarət idi ki, yaddaşa əsaslanan təhsil sistemindən məntiqi təfəkkürə yönəlmiş təhsil sisteminə keçid sisteminə nail olunsun. Bu baxımdan işlər paralel qaydada gedir və növbəti mərhələyə keçmək üçün şərait yarandığına görə belə bir elan verildi.
Test üsulu həm də sosial durumu aşağı olan ailələrdə böyüyən uşaqların təhsil almasına yol açırdı. Belə deyək də, illərdir rüşvət olmadan universitetlərə qəbul sistemi tətbiq olunurdu. Sizcə, test sahəsində yeni modelin tətbiq olunması imkansız uşaqların təhsil almasını əngələyə bilərmi?
- Şübhəm yoxdu ki, yenə də imkansız ailələrdə böyüyən uşaqlar öz bilikləri hesabına təhsil ala biləcəklər.
Milli.Az

Mənbə: http://news.milli.az

Yazılmış sərhlər

Qonaq__31698807 - 30.09.2017
Men bir valudeyn kimi cox narahatam usaqlar cox heyecanlidirlar sizce bu heyecanla ne derecede ugur qazana bilerler hami avropadan danisir siz bir bizim mektebler avropa standartlarina uygun seviyeye catdirin sonra onlari bize misal getirin
Qonaq__29458352 - 30.09.2017
Kurikulum bir modadır, formadır! hər zaman öyrənən olub, öyrədən olub. Onlar arsındakı münasibətləri qəlibə salaq mümkün deyil. Şagird kitab oxumalı, zəhmətkeş və vicdanlı formalaşmalıdır. Təhsil haqqında qanunda yazılırr: "Müəllim tədris üsulu, vasitəsi və mexanizmi seşməkdə sərbəstdir".
Qonaq__31419791 - 27.09.2017
Testin hansı forması tətbiq edilirsə edilsin, savadlı, hazırlıqlı uşaqlar o baryeri aşa biləcək. Yalnız subyektiv amillər olmasın.Yəni bir gün deyilməsin ki uşaqları da imtahandan sonra "müsahibədən" keçirmək lazımdır!...

Öz şərhinizi yazın

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla