MİQ üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri açıqlanıb

Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin nəticələri barədə məlumat onların şəxsi səhifələrinə göndərilib.

Bu barədəAZƏRTAC-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Namizədlər fevralın 9-u saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti regional təhsil idarələrinə təqdim etməlidirlər. Namizədlərdən sənədləri təqdim etdikdən sonra şəxsi səhifələrini yoxlayıb çıxarışın təsdiq olunduğundan əmin olmağı tələb edilir. Çıxarışı aidiyyəti regional təhsil idarələri tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed