Məqsəd Nurun yeni kitabı nəşr edildi

Məqsəd Nurun yeni kitabı nəşr edildi

Yazıçı Məqsəd Nurun "Oliqarxın alaçığı" kitabı işıq üzü görüb.

Publika.azxəbər verir ki, kitaba müəllifin 1988-2018-ci illərdə yazdığı əsərləri - "Şəhər Meri" romanı, "Küləkli şəhər", "Ovuntu", "Katastrofiklər", "Rütubət sevgiləri", "Qırğız gündəliyi" və "Sınaqlar" adlı silsilə hekayələri daxil edilib. Roman estetikasında yazılmış silsilə hekayələrdə sadə insanların həyatı, müharibə zədələri, urbanizasiyanın fəsadları təsvir olunur.

Xatırladaq ki, "Oliqarxın alaçığı" Məqsəd Nurun Azərbaycanda nəşr edilən üçüncü kitabıdır. Müəllifin "Şəhər Meri" romanı Milli Kitab müsabiqəsinin (2011) qalibi olub. Roman bir neçə ölkədə nəşr edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed