Məktəblilər düzgün peşə seçimi barədə məlumatlandırılır

Bakı, 5 yanvar,AZƏRTAC

Ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə həyata keçirilən “Peşəkarlıq yolunda” layihəsi davam edir.

Bu barədəAZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində şagirdlər düzgün ixtisas və peşə seçimi, uğurlu karyera inkişafı barədə məlumatlandırılır, məktəblərin müxtəlif ixtisaslara yiyələnmiş məzunları və müxtəlif peşə sahibləri olan valideynləri tərəfindən maarifləndirici görüşlər keçirilir. Həmçinin şagirdlərə universitetlər, peşə təhsili müəssisələri haqqında məlumatlar verilir.

Layihə çərçivəsində ixtisaslı mütəxəssislər və müəllimlər tərəfindən valideynlərlə maarifləndirici görüşlər də təşkil olunur. Həmçinin peşə təmayüllü siniflərin şagirdləri və peşə təhsili müəssisələrinin tələbələri ilə birgə maarifləndirici videosüjetlər, təqdimatlar hazırlanır və görüşlərdə nümayiş olunur.

Qeyd edək ki, layihənin məqsədi təhsilalanların peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq, səriştələr barədə məlumatlandırılması, maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas-peşə seçiminə yönəldilməsi, həmçinin müəllim və valideynlərin də bu istiqamətdə maarifləndirilməsidir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed