Məktəblilər Coğrafiya İnstitutu ilə tanış olublar

Məktəblilər Coğrafiya İnstitutu ilə tanış olublar

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 8-ci sinif şagirdlərinin institutun rəhbərliyi ilə görüşü olub.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, baş direktor Zakir Eminov qonaqlara elmi müəssisədə görülən işlər, coğrafiya elmindəki yeniliklər, bu elmin korifeyləri və s. haqqında söhbət açıb.

İcraçı direktor əvəzi dosent Zaur İmrani məktəbliləri coğrafiya elminin sahələri, institutun nəzdindəki laboratoriya və bölmələrin fəaliyyəti ilə tanış edib.

Sonra GAMŞ-nin sədri Bəyimxanım Hüseynova, GIS mütəxəssisi Nazim Gəraylı, böyük elmi işçi Samirə Abuşova gənc alimlərin apardıqları tədqiqatlar, müasir texnologiyalar vasitəsilə rəqəmsal xəritələrin tərtibi və s. haqqında məlumat verib, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed