Məktəbdə keçirilən hansı məşğələni ləğv etdilər ?

Məktəbdə keçirilən hansı məşğələni ləğv etdilər ?

“Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi dayandırılacaq

Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Bu dəyişikliklər təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, 2016/2017-ci dərs ilinin ikinci yarım ilindən həyata keçiriləcək.

Dəyişiklərin edilməsində məqsəd ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesini ağırlaşdıran amillərin aradan qaldırılmasını və şagirdlərin həftəlik təlim yükünün optimal tənzimlənməsini, habelə beşgünlük tədris həftəsinin tətbiqində səmərəliliyin artırılmasını tətbiq etməkdir.

Belə ki, tədris planlarında dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlar hesabına təşkil edilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi dayandırılacaq. İkinci yarım ildən dərsdənkənar məşğələlərə ayrılan saatlar I-VII siniflərin hər biri üçün 1 saat, VIII-IX siniflərin hər biri üçün 2 saat müəyyən ediləcək.

Qeyd edək ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə edilən dəyişikliyə əsasən, tədris ili sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür: birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib. (APA)

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__22157044

Salam 140 manat maaş alırdım 2 saat meşgelem var buda getse demeli emek haqqım azalacaq ne etmeliyik az maaşla nece dolanaq bir yaxşı yenilik görmürük

Qonaq__23833817

salam dərəcələrin yüksəldilməsi üzrə subbakalavırdan bakalavıra dərəcənin yüksəldilməsi təhsili üzrə əlavə təhsilə qəbul qaydası və hansı sənədlər lazım olduğunu yazın

Qonaq__24359441

116mat maas alrdim .onunda bir saadi bele gedecek.)))

Qonaq__24420463

elave derslerin legv olunmasi yaxsi oldu

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed