MEK tərəfindən iki biblioqrafik göstərici nəşr edilib

MEK tərəfindən iki biblioqrafik göstərici nəşr edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən kimya elmləri doktoru, akademik Vaqif Abbasovun və fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oqtay Səmədovun biblioqrafik göstəricisi işıq üzü görüb.

Bu barədəAZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, akademik Vaqif Abbasova həsr edilən göstərici alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, eyni zamanda, haqqında yazılan məlumatları əhatə edir. Kitabdakı əksər materiallar üç dildə xronoloji ardıcıllıqla düzülüb, vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə köməkçi aparat tərtib edilib, alimin əsərlərinin əlifba göstəricisi verilib.

Oqtay Səmədova həsr edilən göstəriciyə isə alimin 1981-2022-ci illəri əhatə edən həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti, kitabları, elmi məqalələri və digər məlumatlar daxil edilib. Riyaziyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstəricinin elmi redaktoru fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Qasımov, redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi biblioqraf Türkan Vahidovadır.

MEK tərəfindən 2022-ci il ərzində on dörd biblioqrafik göstərici nəşr edilib ki, bu da oxucuların axtarış imkanlarını asanlaşdırır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed