Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri acıqlandı

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri acıqlandı

TQDK-nın rəsmi saytında verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına iyunun 23-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlanıb.
Bakalavrlar ikinci mərhələdə onlara təqdim olunmuş test tapşırıqlarının (bəzi proqramlar üzrə isə yazılı imtahanın) nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytı ilə yanaşı mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə bilərlər.
2013-cü ildə magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılır və 6794 plan yeri ayrılmışdır.
İmtahanda iştirak edən 11274 bakalavrdan 8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.
İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olmuşdur.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 27-dən 30-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.
Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed