Magistratura imtahanlarının ölkə birincisi: “İntellekt yarışında 10254 şagird arasında ən güclü oldum”-FOTO

Magistratura imtahanlarının ölkə birincisi: “İntellekt yarışında 10254 şagird arasında ən güclü oldum”-FOTO - 1

Mayın 29-u keçirilən magistratura səviyyəsinə qəbul imtahanının nəticələri açıqlandı.

Nəticələrə əsasən, ölkə üzrə ən yüksək nəticə 99 balla Xəzər Universitetinin tələbəsi Tamerlan Abdullayevə məxsusdur.

Ölkə birincisiAzEdu.az-a açıqlamasında imtahana hazırlığı və gələcək planlarından danışıb.

İstedadlı tələbə orta məktəb illərində də yaşıdlarından fərqlənib:

“2001-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşam. 2007-2018-ci illər arasında qəsəbənin 6 saylı tam orta məktəbində təhsil almışam. Məktəbi qızıl medalla başa vurduqdan sonra, 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 690 bal toplamışam. Hazırda Xəzər Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə sonuncu kursunda təhsil alıram”.

No description available.

Bir çox yarışlarda uğur qazanan Tamerlan, dünya olimpiadasında ölkəmizi təmsil edib:

“I kursda təhsil alarkən Tələbə Gənclər Təşkilatı tərəfində həyata keçirilən İntellekt olimpiadasında 10 254 tələbə arasında birinci yerə layiq görülmüşəm. 2019-cu ildə Azərbaycan robot olimpiadasının qalibi olduqdan sonra, Macarıstanda keçirilən dünya robot olimpiadasında ölkəmizi təmsil etmişik. Pandemiyada sonra bu il, yəni, son kursda keçirilən intellektual oyunlarda qalib gəldik”.

İmtahana hazırlıq müddətindən danışan ölkə birincisi, -“İmtahana tam şəkildə hazırlaşmağa dekabrda başladım, fevralda keçirilən imtahanda 97 bal topladım. Bu imtahana kimi hissə-hissə hazırlığımı davam etdirdim. Nəticə də 99 bal oldu”-deyə qeyd edib.

O, magistratura-doktorantura üzrə təhsilini xaricdə davam etdirəcəyini bildirib:

“Ali təhsilimi davam etdirmək üçün Amerika və İtaliyadan qəbul almışam. Ancaq Amerikanın Sinsinatti Universitetini seçəcəyəm. Təhsilim 6-7 il çəkəcək, magistratura-doktorantura səviyyələrini bu müddətdə tamamlayacağam. Burada da Kompüter mühəndisliyi və elmləri ixtisası üzrə təhsil alacağam”.

Ölkə birincisi gələcək planlarından danışıb:

“Xaricdə təhsil müddətim nisbətən uzun çəkəcək, bu müddətdə orada yaşayacağam. Mümkün olarsa, orada çalışacağam, əks təqdirdə ölkəmizə qayıtmağı düşünürəm. Çünki marağım robototexnika sahəsinədir. Ölkəmizdə bu sahə hələ kifayət qədər inkişaf etmədiyi üçün bilikləri təkmilləşdirmək lazımdır ki, digər ölkələrlə ayaqlaşa bilək”.

Son olaraq o, -“Hazırda robot olimpiadasına hazırladığım 3 şagirdim var. İyunun 11 və 12-si keçirilən yarışlarda qalib olsaq, Almaniyada ölkəmizi təmsil edəcəyik”-deyə qeyd edib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed