Kollecdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul imtahanının vaxtı məlum oldu

Kollecdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul imtahanının vaxtı məlum oldu

Kolleclərə qəbul imtahanının vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 2-3 apreldə keçiriləcək.

Həmin tarixdə eyni zamanda əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinəqəbul imtahanı olacaq.

Bundan başqa müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan və eksternat qaydasında buraxılış imtahanı (11 illik) da 2-3 apreldə keçirilməsi nəzərdə tutulub.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed