İyulun 2-də olan imtahanın nəticələri açıqlandı

İyulun 2-də olan imtahanın nəticələri açıqlandı

İyulun 2-də V ixtisas qrupuna və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) keçirilən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının nəticələri açıqlanıb.

Qafqazinfo.az-ın xəbərinə görə,Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən məlumatına görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində aparılıb.

Nəticələr bu gün saat 18:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahan nəticələri ilə TQDK-nın internet saytında (www.tqdk.gov.az) və ya iş nömrənizi ( buraxılış imtahanı vermiş şəxslər isə şagird kodunu) 7727 nömrəsinə göndərməklə tanış ola bilərsiniz.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 16 min 151 abituriyentdən 3 min 868 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 12 min 283 abituriyentdən 26 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın saytında 12 min 257 abituriyentin imtahan nəticələri yerləşdirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed