İtaliya-Azərbaycan Universitetinin ilk magistr proqramlarının təqdimatı keçirilib

İtaliya-Azərbaycan Universitetinin ilk magistr proqramlarının təqdimatı keçirilib

ADA Universitetində İtaliya-Azərbaycan Universitetinin İtaliya universitetləri ilə əməkdaşlıq çərçivəsində təklif etdiyi ilk magistr proqramlarının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADA Universitetinin rektoru Hafiz Paşayev bu gün universitetin tarixində yeni səhifə açıldığını qeyd edib.

“Yeni universitet ADA-nın davamıdır. İki yeni fakültə yaradılacaq, onlardan biri memarlıq və dizayndır. Axı işğaldan azad edilmiş ərazilərin bərpası üçün bu istiqamətlərdə istedadlı gənclərə ehtiyac var”, - o vurğulayıb.

Onun sözlərinə görə, ikincisikənd təsərrüfatı fakültəsidir, çünki bu sahə Azərbaycanda ikinci ən böyük sahədir: “Tələbələrimiz də doktorluq dərəcəsi almaq üçün İtaliyadakı tərəfdaş universitetlərə göndəriləcək. Artıq bu istiqamətdə işlərə başlamışıq, 10 namizəd seçmişik”.

Tədbirdə çıxış edən Bolonya Universitetinin prorektoru Raffealla Kampaner yeni açılan ixtisaslarla bağlı təbriklərini çatdırıb. O bildirib ki, İtaliya-Azərbaycan Universiteti həm Bolonya Universiteti, həm də iki ölkə arasındakı münasibətlər üçün əhəmiyyət kəsb edir.

“Layihə çərçivəsində Bolonya Universiteti ilə əməkdaşlığa kənd təsərrüfatı və qida elmi fakültəsinin yaradılması, birgə tədris və araşdırma layihələri, akademik və inzibati heyət üçün təlimlər, mədəniyyətlərin inteqrasiyasına yönəlik layihələr daxildir. Bu layihələrin həyata keçirilməsi üçün Bolonya Universiteti böyük təcrübəyə malik olduğu “sahədən süfrəyə” modelindən yararlanacaq. Hazırda magistr pilləsində təklif olunan ixtisas Qida sistemi üzrə menecment adlanır və növbəti akademik ildən tədris olunacaq. Proqramın məqsədi kənd təsərrüfatı və qida sənayesi üzrə gələcək menecerlər, mütəxəssislər və sahibkarlar hazırlamaqdır”, - prorektor deyib.Luiss Universitetinin prorektoru Raffaele Marketti İtaliya mədəniyyətinin fərdi yanaşma üzərində qurulduğundan bəhs edib.

“Qlobal idarəçilik və siyasət ixtisası politologiya, beynəlxalq münasibətlər və menecment sahələrini bir araya gətirən çoxşaxəli (ixtisaslararası) proqramdır. Proqramın məqsədi qlobal siyasəti və biznesin idarə olunması, həmçinin milli konteksti uzlaşdırmağı nəzərdə tutan, rəqabətədavamlı “Made in Azerbaijan” keyfiyyət nişanının formalaşmasını, idarə edilməsini və təşviqini tədris etməkdir. Tələbələr bu ixtisasın bir hissəsi olaraq Roma şəhərində “Made in Italy” mövzusunda yay məktəbində iştirak edərək, tanınmış İtaliya şirkətlərinin nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər”, - R.Marketti bildirib.

Xatırladaq ki, ötən ilin aprelində Bakıda İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub.

Layihənin həyata keçirilməsində ADA Universiteti, həmçinin İtaliyanın 5 universiteti – Boloniya Universiteti, Milan Universiteti, Turin Politexnik Universiteti, Sapienza Universiteti və LUISS Universiteti iştirak edir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed