İşçi Qrupun rəhbəri: "Builki "Yüksəliş" müsabiqəsində keçənilki ekspert və qaliblər iştirak edə bilməz"

İşçi Qrupun rəhbəri: Builki

"Builki "Yüksəliş" müsabiqəsində keçənilki ekspert və qaliblər iştirak edə bilməz. Bu il üçün test imtahanlarında bəzi yeniliklər olacaq. Test imtahanlarında namizədlərin İT bilikləri də yoxlanılacaq".

"Report"xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, sualların məzmununda da dəyişiklik olacaq:

"Əvvəlki sual bazası sırf ölkə ilə bağlı idisə, bu dəfə dünyada baş verən hadisələrlə bağlı suallar da olacaq. Sualın formatından asılı olaraq namizədlərə vaxt veriləcək. Real imtahan formatında sınaq imtahanları da keçiriləcək. Səhər saat 10-da başlayan qeydiyyat prosesindən indiyə kimi artıq 500-dən çox namizəd qeydiyyatdan keçib.

Müsabiqənin əyani və qabiliyyət imtahanı mərhələsində beynəlxalq təcrübəyə əsaslanacaq. Bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edilir".

İşçi Qrupunun rəhbəri əlavə edib ki, əvvəlki müsabiqənin mentorluq proqramının nəticələri barədə iyun ayında ictimaiyyətə məlumat veriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed