İsa Həbibbəyli: "AMEA-da geri qalmış sahələrdən biri sosiologiyadır"

“Bu il AMEA-da sosiologiyaya ixtisası üzrə doktoranturaya qəbula yer ayrılıb. Bu sahədə yeni nəsil hazırlamaq istəyirik”.

“Report”xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, AMEA-da geri qalmış sahələrdən biri də sosiologiyadır və heç vaxt diqqət mərkəzində olmayıb:

“Ölkədə sosiologiya indeksi üzrə alimlərin sayı çox azdır. Bu sahədə ən tanınmış alimimizin 85 yaşı var. Orta nəsil isə demək olar ki, barmaqla sayıla biləcək qədərdir. Bu problemin həlli ilə artıq ikinci-üçüncü ildir məşğuluq”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed