İş dəftərlərini almaq lazımdırmı?

İş dəftərlərini almaq lazımdırmı?

Bir məktəblinin dərs ilinə başlaması üçün təxminən 100 manatlıq alış-veriş tələb olunur. Bəzi ailələrdən bir neçə şagirdin yola salındığını nəzərə alsaq bu rəqəm daha da yüksəlir. Bəzən müəllimlərin şagirddən iş dəftərləri tələb etməsi isə ailəni daha da sıxıntıya sala bilər. Bəs görəsən iş dəftərlərini almaq mütləqdirmi?

Söhbət iş dəftərlərindən gedir. Bəzi müəllimlər dərslik komplektindən çıxarılsa da iş dəftəri tələb edir. Müəllimlər iş dəftərinin içindəki əlavə tapşırıqları əsas gətirərək əhəmiyyətli olduğunu deyir. Əslində isə ordakı tapşırıqlar və məsələlər əsas dərslikdə öz əksini tapıb. Bu baxımdan iş dəftərlərinin əhəmiyyəti də sual altında qalır.

Valideynlər bəzən iş dəftərlərini alsalar da, istifadə edilmədiyini görəndə geri qaytarır. Nəzərə alınsa ki, iş dəftərlərinin qiyməti 3 manat 50 qəpikdən başlayıb 5 manata qədər yüksəlir, deməli ailə büdcəsinə kifayət qədər təsir edir.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__10725340

Bu meselede muellimleri gunahlandirmaq duzgun deyil.Eksine,is defterleri muellimin de yukunu artirir,baxmayaraq 2015-ci ilin yanvar ayindan muellime verilen qepik -qurus defter pulu legv olunub, ancaq valideyin muellimden defterlerin yoxlanmasini teleb edir.Hemcinin ana dilinden bezi movzular is defterinden dusur.Bu halda muellim ne etmelidir?Yaxsisi budur,siz elave vesait adi altinda lazim oldu-olmadi kitab biznesi ile mesgul olanlari ve onlarin muelliflerini arasdirasiniz.Muellim de isteyer ki, butun nezeri ve praktiki materiallar bir kitabda cap olunsun.

Qonaq__12016630

Məktubunuzun mətnini buraya yazın..bu nə demək? demək istəyən alacaq .istəməyən yox? bu necə dərs olur?yaqərar verin olacaq ya olmayacaq. oyuna çevirdiz məktəbləri

Qonaq__12643213

İş defterleri mövzunun menimsenilmesi üçün vacibdir.

Qonaq__13068698

Bizim mektebde vacib drmediler belkede hrc almadig

Qonaq__12627596

Bəs onda nə etməli? Bu məsələyə ciddi yanaşmalı və təhsil şöbəsinə xəbərdarlıq edilsə yaxşı olar.
Məsələn bir müəllim kimi mənə çətindir iş dəftəri aldırmaq. Bu il dördüncü sinif üçün iş dəftəri təhsil şöbəsinə gəlib və bütün məktəblərə tapşırıq verilir ki,məcburi almalısınız.Mən belə satışın əlehinəyəm. Onda biz nə etməliyik????!!!!

Qonaq__13075276

Eger lazim deyilse bes niye cap edilir?capa da qadaqa edilsinde

nurka_2004

Məgər müəllimlər iş dəftərlərindəki tapşırıqları bu qədər yüksək tutursa o zaman bu tapşırıqlarla əlaqəli tapşırıqları sinifdə uşaqlara işlətsinlər. Yaxud dövlət iş dəftərlərinin qiymətini aşağı salsın.

Qonaq__10779795

Kimyadan iş dəftərləri yüksək səviyyədə tərtib edilməyib, kifayət qədər nöqsanlıdır. Mən onlardan çox qısa müddət (2-3 ay) ərzində istifadə etdim. Daha istifadə etmirəm və etməyəcəyəm. Kimyanın daha yaxşı öyrənilməsində onların əhəmiyyətli rolunu görmürəm. Bu dəftərlədən daha yaxşı vasitələr var.

Qonaq__13279092

Iş dəftəri savadsız və özünü işə verməyən müəllimlər üçündür

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed