..........34

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

Bu il iqtisadiyyat üzrə Nobel mükafatının qalibləri ABŞ alimləri Ben Bernank, Duqlas Daymond və Filip Dibviq olub.

“Report”xəbər verir ki, məlumatı Nobel Komitəsi yayıb.

Bildirilib ki, hər üç şəxs bank sahəsində araşdırmaya görə bu mükafat layiq görülüblər.

Qeyd edək ki, Ben Şalom Bernank 1953-cü ildə ABŞ-ın Corciya ştatının Oqasta şəhərində yəhudi əsilli iqtisadçı ailəsində anadan olub. O, 2005-2006-cı illərdə Ağ Ev yanında İqtisadi məsləhətçilər şurasının sədri işləyib. 2006-2014-cü illərdə ABŞ Federal ehtiyat sistemi idarə şurasının sədr olub. B.Bernank 2021-ci ildən ABŞ Milli Elmlər Akademiyasının üzvüdür. 2009-cu ildə “Time” jurnalı onu “İlin adam”ı elan edib.

Duqlas Uorren Daymond 1953-cü ildə ABŞ-da anadan olub. “Merton Miller School of Business” adına amerikalı iqtisadçı maliyyə üzrə fəxri professorudur. O, Çikaqo Universiteti yanında Amerika Maliyyə Assosiasiyasının prezidenti və 2017-ci ildən ABŞ Milli Elmlər Akademiyasının üzvüdür.

Filip Dibviq isə 1955-ci ildə ABŞ-da anadan olub. O, Sent-Luisdəki Vaşinqton Universitetinin professorudur.

  • Paylaşmağı unutma

Səhr yaz

first box will be shown second NOT

Bağla
..................