"Həyat bilgisi"ndə nələr haqqında daha geniş məlumatlar veriləcək

Həyat bilgisi

Gələcəkdə orta məktəblərdə "Həyat bilgisi" fənnində dinlər haqqında məlumatların daha geniş şəkildə şagirdlərə çatdırılması istiqamətində işlər gedir.

FaktXeber.com-un verdiyi bəlumata görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, burada məqsəd böyüyən yeni gənc nəslin bütün dinlər haqqında müəyyən bilgi əldə etməsinə yardım etməkdir:

"Hər birimiz dinlər barədə müəyyən bilgiyə malik olmalıyıq. Orta məktəbi bitirən şagirdlər yalnız İslam dini haqqında deyil, eləcə də digər dinlər barədə məlumatlı olmalıdır. Kitablarda bu barədə məlumatlar var, sadəcə bu, daha da genişləndiriləcək".

Komitə sədrinin sözlərinə görə, bəziləri elə bilir ki, orta məktəblərdə şagirdlərə mədrəsə səviyyəsində dini elmlər öyrədiləcək:

"Xeyr, bu belə deyil. Sadəcə gənclərin dünyagörüşü səviyyəsində dini bilgilərini artırmaq niyyətindəyik. Misal olaraq, sorğu aparsaq görərik ki, insanların dünyadakı dinlər barədə bilgisi çox azdır. Ona görə də insanlar bu bilgiləri əldə etməlidir ki, xurafat və dini radikalizm elementlərinin təbliğat məkanları daralsın və onlar insanları təsir dairələrinə sala bilməsinlər, çünki bu gün mükəmməl təhsil alan insanları təsir altına salmaq mümkün deyil".

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__42507306

Inshallah ugurlu olar

Qonaq__42507306

tehsilimizde yenilikler olmalidir

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed