Hansı şagirdlər universitetlərə müsabiqədənkənar qəbul olacaq? - TAM RƏSMİ

Hansı şagirdlər universitetlərə müsabiqədənkənar qəbul olacaq? - TAM RƏSMİ

Təhsil Nazirliyi beynəlxalq fənn olimpiada qaliblərinin ali məktəblərin dövlət sifarişli ixtisaslarına müsabiqədənkənar qəbul olunması üçün təkliflər hazırlayıb.
Milli.AzTrend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın gənc alimlərinin I qurultayında Təhsil naziri vəzifəsini icra edənCeyhun Bayramovdeyib.
Onun sözlərinə görə, bu təkliflər yaxın günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq.
C.Bayramov əlavə edib ki, bu, gənclərin fundamental elmlərə olan marağını daha da artıracaq.
C.Bayramov qeyd edib ki, dövlət istedadlı gənclərin aşkarlanması üçün tədbirlər həyata keçirir:
"Hazırda məktəblərdə kiçik akademiyalar fəaliyyət göstərir. Bu akademiyalar şagirdləri məktəb illərində elmi tədqiqatlar aparmağa sövq edir".
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed