Hansı məktəblərdə məktəbəhazırlıq qrupları olacaq?

Hansı məktəblərdə məktəbəhazırlıq qrupları olacaq?

Azərbaycan Respublikasıtəhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilindəbir sıra məktəblərdə məktəbəhazırlıq qrupları açılıb. Bakı şəhər Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, bu il isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib. Belə ki, hazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 124 məktəbdə (Binəqədi rayonu üzrə 100, 143, 144, 157, 246, 284, 300, Nərimanov rayonu üzrə 34, 36, 39, 45, 47, 57, 212, 258, Nəsimi rayonu üzrə 5, 19, 35, 46, 54, 111, 159, 164, 240, 16 THL, Nizami rayonu üzrə 10, 32, 62, 70, 129, 201, 210, 220, 229, 238, 250, 272, Pirallahı rayonu üzrə 168, 235, Qaradağ rayonu üzrə 110, 233, 274, 288, 294, 319, 320, 321, Sabunçu rayonu üzrə 68, 71, 75, 80, 96, 108, 112, 128, 142, 148, 155,187, 188, 252, 255, 307, 310, Səbail rayonu üzrə 7, 51, Suraxanı rayonu üzrə 84, 87, 89, 101, 104, 114, 140, 141, 146, 226, 232, 270, 275, 279, 281, 282, 285, 290, 316, 317, 318, 327, Xətai rayonu üzrə 17, 24, 29, 48, 56, 58, 59, 64, 95, 138, 165, 191, 204, 221, 245, 257, 263, 264, 265, Xəzər rayonu üzrə 117, 119, 120, 121, 123, 124, 125, 156, 181, 183, 234, 322, Yasamal rayonu üzrə 18, 20, 53, 60, 153) fəaliyyət göstərəcək.

Məktəbəhazırlıq qrupları noyabrın 2-dən mayın 31-dək davam edəcək. Həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müəyyən bilikləri əldə etməsidir.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.

Qeyd edək ki, 2016-cı il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqlara məktəbəhazırlıq qruplarını bitirəndən sonra rəsmi sənəd – sertifikat veriləcək.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__11915438

salam.yalnız Bakı şəhərinə aiddir?bəs bölgələr?

Qonaq__13907600

Pulludu bu hazirliqlar?

Qonaq__13920608

Salam.Menim oglumun 6yasi noyabr ayinda tamam olur.O , bagcaya gedir.Eger bu hazirliq qruplarina getmese 2016ci il tedris ilinde 1ci sinfe imtahan vermeden qebul olmur? Zehmet olmasa melumatlandirardiz.

Qonaq__14249437

Salam.Kolleci bitirmiw muellimelerde iwleye bilerler ve hazirliq qrupunda iwlerken pedaqoji staj acilacaqmi?

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed