Hansı ixtisas qrupun qəbul planında dəyişiklik baş verib?

Hansı ixtisas qrupun qəbul planında dəyişiklik baş verib?

Bu il ali məktəblərə qəbul planı 1,79 faiz- 858 yer artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 2020-2021-ci tədris ili üzrə 1-ci ixtisas qrupu üzrə qəbul planı 1,6 faiz (299 yer), 2-ci qrup üzrə 2,69 faiz (381 yer) azalıb. Bu il 3-cü qrup üzrə qəbulı planı 9 faiz (1015 yer) 4-cü qrup üzrə 10,5 faiz (390 yer), 5-ci qrup üzrə 3,71 faiz (133 yer) artım olubv.
M.Abbaszadə qeyd edib ki, bu il Azərbaycan Tibb Universiteti, Azərbaycan Gömrük Akademiyası, Xəzər Universiteti, Bakı Biznes Universitetinin qəbul planı artırılıb, Bakı Xoleqrafiya Akademiyasının, Azərbaycan Dövlət Dəniz Akademiyasının qəbul planı azalıb.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......