Gürcüstanın təhsil və elm naziri BDU-da olub

Gürcüstanın təhsil və elm naziri BDU-da olub

Azərbaycanda səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli Bakı Dövlət Universitetində (BDU) olub.

“Report” xəbər verir ki, o, BDU-nun tələbələri və professor-müəllim heyəti ilə görüşüb.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev bildirib ki, dost ölkələr olan Azərbaycan və Gürcüstan təhsil və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır: “Bu əməkdaşlıq həm bizim, həm də gürcü həmkarlarımız üçün çox faydalı ola bilər”.

Gürcüstanın təhsil naziri elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin iki ölkənin planlarına daxil olduğunu deyib:"Bu əməkdaşlıq bizim üçün çox vacibdir. Biz Tbilisi Dövlət Universitetində Azərbaycan dilinin tədrisini təkmilləşdirmək istəyirik. Bundan başqa, gələn il Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Tbilisi Dövlət Universitetində onun adına kitabxana və auditoriyanın açılması barədə razılığa gəldik. Bu münasibətlə həmçinin Heydər Əliyevə və onun nailiyyətlərinə həsr olunmuş elmi konfransın keçirilməsini planlaşdırırıq”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed