Gürcüstanda Azərbaycan dili müəllimlərinə ilk dəfə karyera artımı imkanı verilib

Gürcüstanda Azərbaycan dili müəllimlərinə ilk dəfə karyera artımı imkanı verilib

Gürcüstanda azərbaycandilli məktəblərin təcrübəçi Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün ilk dəfə olaraq karyera artımı imkanı yaradılıb.

AzEdu.azxəbər verir ki, report-un yerli bürosu xəbər verir ki, onlar imtahan verərək peşəkarlıq səviyyələrini yüksəldə biləcəklər.

Test imtahanından uğurla keçəcək müəllimlər baş müəllim statusu əldə edəcək və daha yüksək əməkhaqqı alacaqlar.

Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən (GQİMM) bildirilib ki, testlər artıq hazırdır və tapşırıqların hazırlanması prosesinə Azərbaycan tərəfi də cəlb olunub. Qeyd olunub ki, Azərbaycan tərəfi nəticələrin yoxlanılmasında da iştirak edə bilər. Testlərin mahiyyəti və komponentləri gürcü dili və ədəbiyyatı müəllimlərinin verdiyi imtahanlarla eynilik təşkil edəcək.

Bu ilin yayında keçiriləcək imtahanlardan sonra 700-ə yaxın Azərbaycan dili və ədəbiyyatı, erməni dili və ədəbiyyatı müəllmi peşəkar statuslarını artıra biləcəklər.

İmtahandan sonra müəllimlər peşəkar bacarıqlarını artırmaq üçün gürcü dilində 40 saatlıq kurs keçəcəklər. Gürcü dilini bilməyənlər üçün isə bu kurs dilin tədrisindən sonra təşkil olunacaq.

Qeyd edək ki, Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı müəllimlərinə indiyədək həmkarlarından fərqli olaraq baş müəllim statusu əldə etmək şansı təqdim edilməyib. GQİMM və Azərbaycanın Dövlət İmtahan Mərkəzi (DİM) arasında 2021-ci il üzrə yenilənmiş memorandumda qonşu ölkədə Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Müəllimlərin Peşə-ixtisas imtahanı üzrə sual bankının hazırlanması əsas istiqamətlərdən biri kimi müəyyən edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed