Gəncə tarixinin aktual problemləri müzakirə olunub

Gəncə tarixinin aktual problemləri müzakirə olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təşkilatçılığı ilə “Gəncə tarixinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, “Şuşa ili”nə həsr olunan elmi-praktik konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, tarixçilər, alimlər və ali təhsil ocaqlarını təmsil edən tədqiqatçılar iştirak ediblər.

N.Bayramov Gəncə şəhərinin çoxəsrlik və zəngin tarixə malik olduğunu bildirib. O elmi-partik konfrasın Gəncə şəhərinin tarixinin daha dərindən araşdırılması, mövcud problemlərin aşkarlanması və gələcəkdə aradan qaldırılmasında xüsusi əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb və konfrasnın gedişatına uğurlar arzulayıb.

F.Əliyev çıxışında bildirib ki, elmi-praktik konfransa Bakı, Gəncə, Şəki və Lənkaran şəhərlərindən olan elm və ali təhsil ocaqlarını təmsil edən tədqiqatçılar qatılıb. O, konfransın “Gəncə şəhəri qədim və orta əsrlər dövründə”, “Dövlətçilik tariximizdə Gəncə şəhərinin əhəmiyyəti” və “Müasir dövrdə Gəncə şəhərinin inkişafı” mövzularına aid 3 bölmə üzrə aparılacağını diqqətə çatıdırb.

Elmi-praktik konfransa ümumilikdə 76 məruzə təqdim edilib, elmi komissiyanın qərarına əsasən bu məruzələrdən 38-i seçilərək proqrama daxil edilib və məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, elmi-praktik konfrans iki gün davam edəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed