"Gənc istedadlar" liseyinin şagirdi Beynəlxalq Mendeleyev Olimpiadasına vəsiqə qazanıb

Bu günlərdə Bakı Dövlət Universiteti nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdi Sona Quluzadə Moskva Dövlət Universitetinin Bakı filialında kimya fənni üzrə keçirilən bilik yarışında yüksək nəticə əldə etmiş və bu ilin aprel ayının axırlarında Qazaxıstanın Astana şəhərində keçiriləcək Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak etmək hüququ qazanmışdır.
Qeyd edək ki, S.Quluzadə 1996-cı ildə anadan olub. İngilis və rus dillərində danışan S.Quluzadə dərs əlaçısıdır. O, 2010 və 2011-ci illərdə keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə I yeri tutmuşdur.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed