“Əsas Qrant Müsabiqəsi - 2022”nin qaliblərinin adları açıqlanıb

“Əsas Qrant Müsabiqəsi - 2022”nin qaliblərinin adları açıqlanıb

Azərbaycan Elm Fondu (AEF) “Əsas Qrant Müsabiqəsi - 2022”nin qaliblərinin adlarını açıqlayıb.

AEF-dənAZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün layihələr “e-QRANT” - “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə 2022-ci il aprelin 25-dən iyunun 30-dək qəbul olunub.

Bu müddət ərzində Azərbaycan Elm Fondunun əməkdaşları qrant iddiaçılarına kömək məqsədilə 6 məsləhət seminarı təşkil edib. Telefon və elektron poçt vasitəsilə olan müraciətlərə cavab verilib, ortaya çıxan suallara aydınlıq gətirilib.

Müsabiqəyə 126 layihə təqdim edilib. Elm Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlərinin iştirakı ilə layihələrin elmi ekspertizası işi təşkil olunub.

“Əsas Qrant Müsabiqəsi - 2022” (kod: AEF-MCG-2022-1(42)) çərçivəsində maliyyələşdirilmə həcmi 2 milyon 120 min manat olmaqla 12 layihə seçilib və onların maliyyələşdirilməsi məqsədəuyğun hesab edilib. Qaliblərin siyahısı fondun saytında yerləşdirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed