Ən yaşlı və ən gənc tələbə kimlər oldu?

Ən yaşlı və ən gənc tələbə kimlər oldu?

Ali məktəblərə bu il keçirilən qəbul imtahanlarında uğur qazanan ən yaşlı və ən gənc tələbələr məlum olub.

Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə adını qazanan ən yaşlı abituriyentin 52 yaşı var.

Belə ki, V qrup üzrə keçirilmiş qəbul imtahanlarında iştirak edən 1969-cu il təvəllüdlüSəttarov Mehman Süleyman oğluAzərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 52 yaşlı tələbə universitetin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə əyani təhsil alacaq. DİM-dən bildirilib ki, bu il tələbə adını qazanan ən gənc abituriyent 2006-cı il təvəllüdlüdür. 15 yaşlıSəfərli Həmid Xaqani oğluIV qrup üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək, Azərbaycan Tibb Universitetinə qəbul olunub. O, dövlət sifarişi əsasında, əyani təhsil alacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed