Emin Əmrullayev Marneulidə azərbaycandilli məktəblərin direktor və müəllimləri ilə görüşüb

Emin Əmrullayev Marneulidə azərbaycandilli məktəblərin direktor və müəllimləri ilə görüşüb - 1

“Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini öyrənir və Gürcüstan hökuməti ilə birlikdə onların həllinə çalışır. Azərbaycan hökuməti, Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinin həlli prosesinə dəstək verməyə hazırdır”.

Bu sözləri Azərbaycanın təhsil naziri Emin Əmrullayev Marneulidə azərbaycandilli məktəblərin direktor və müəllimləri ilə görüşündə söyləyib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbiri açaraq deyib ki, nazir Emin Əmrullayev səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Məqsəd soydaşlarımızın problemlərini öyrənmək və onların həlli istiqamətində Gürcüstan hökuməti ilə birlikdə tədbirlər görməkdir.

Sonra çıxış edən nazir bildirib ki, Gürcüstan azərbaycanlılarının vəziyyəti və onları narahat edən məsələlər Azərbaycan dövlətinin başçısının hər zaman diqqətindədir.

Nazir qeyd edib ki, Gürcüstan və Azərbaycan xalqları hər zaman qardaşlıq, dostluq və əmin- amanlıq şəraitində yaşayıblar. İki ölkə təhsil sahəsində yaxşı əməkdaşlıq edir. Bu sahədə müzakirə olunmalı məsələlər mövcuddur. Azərbaycandilli məktəblərin əsas problemləri müəllim hazırlığı, gürcü dilinin tədrisi, dərsliklərin məzmunu və tərcüməsi ilə bağlıdır.

Görüş sual-cavab formatında davam etdirilib.

Gürcüstanın təhsil nazirinin birinci müavini Tamar Maxaraşvili, Marneuli meri Kənan Ömərov da görüşdə iştirak edib.

Qeyd edək ki, nazir Emin Əmrullayev daha əvvəl Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində olub, oranın fəaliyyət ilə tanış olub.

Azertac

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed