4 "Əməliyyatların mərkəzində istehsalat" adlı vebinar keçiriləcək
..........4

"Əməliyyatların mərkəzində istehsalat" adlı vebinar keçiriləcək

13 oktyabr tarixində saat 19:00-da ARTİ-nin təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” və Azərbaycan Texniki Universitetinin “Sabah Magistratura” proqramı çərçivəsində “Əməliyyatların mərkəzində istehsalat” adlı vebinar baş tutacaq.

AzEdu.azxəbər verir ki,vebinarda şirkətdəki əməliyyatlar və dəyər zəncirindən, şirkətlərə gəlir gətirməsi üçün əməliyyatların aparılma formasından, istehsalatın şirkətin dəyər zəncirindəki əsas rolundan danışılacaq.

Tədbirdə spiker qismində Helio Yanez Portoles çıxış edəcək. O, bakalavr təhsilini İspaniyanın Ramon Llull Universitetində “Kimya mühəndisliyi” ixtisası üzrə alıb, daha sonra eyni universitetdə “Ətraf mühit” üzrə magistratura təhsilini tamamlayıb. Esade Biznes Məktəbində isə “Biznesin idarəedilməsi” üzrə magistratura təhsili alıb. Onun kimyəvi məhsulların istesalı üzrə ixtisaslaşan beynəlxalq şirkətdə 10 ildən çox təcrübəsi vardır.

Vebinar təhsil işçiləri, iş dünyasının nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 11 oktyabr tarixinədək qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.office.com/r/c2vmYZsTAt

  • Paylaşmağı unutma

Səhr yaz