Elmi potensialının gücləndirilməsi məqsədilə təlimlərə başlanılıb

Elmi potensialının gücləndirilməsi məqsədilə təlimlərə başlanılıb

Təhsil İnstitutunun təşkilatçılığı ilə Təhsil Nazirliyinin maliyyələşdirdiyi “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində təlimlərə start verilib.

İnstitutdanAzEdu.az-a bildirilib ki, təlimlərin məqsədi Azərbaycan Texniki Universitetinin (AzTU) akademik və inzibati heyətinin elmi-tədqiqat potensialının artırılmasıdır.

Layihə çərçivəsində 13 nəfərdən ibarət birinci qrup üçün elmi məqalənin yazılması qaydaları, elmi işlərin yazılmasında modern yanaşmalar, tədqiqat metodları və s. mövzularda təlimlər keçirilib. Təlimlər institutun Təhsildə strateji tədqiqatlar şöbəsinin əməkdaşları Könül Abaslı, Leyla Sultanlı və Heydər Rzayev, Xəzər Universitetinin əməkdaşı və müəllimi Cavid Cəfərov tərəfindən aparılıb.

Qeyd edək ki, 20 nəfərdən ibarət ikinci qrup üçün eyni təlimlər mayın 26-dan iyunun 3-dək keçiriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed