“Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

“Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev İli” münasibətilə dahi liderin həyatının, siyasi fəaliyyətinin, irsinin dərindən öyrənilməsi, təbliği məqsədilə 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində “Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans təşkil edib.

Bu barədəAZƏRTAC-a 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzindən məlumat verilib.

Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub. Dərnək üzvləri “Azərbaycanın inkişafında Heydər Əliyevin rolu”, “Sən qəlblərdə yaşayacaqsan” adlı kompozisiyalar təqdim ediblər.

Konfransda tədris işləri üzrə direktor müavini Sevda Cəlilova ”Heydər Əliyevin vətənə sevgisi gənclərə örnəkdir”, metodist Rövşən Əliyev “Heydər Əliyev və Azərbaycan təhsili” adlı məruzələrlə çıxış ediblər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed