Elm Fondu Aşqarlar Kimyası İnstitutunda monitorinq keçirib

Elm Fondu Aşqarlar Kimyası İnstitutunda monitorinq keçirib

Azərbaycan Elm Fondu (AEF) 2011-2018-ci illərdə fond tərəfindən qrant layihələri çərçivəsində alınaraq elmi-tədqiqat institutlarına istifadəyə verilmiş elmi cihaz, laboratoriya avadanlıq və qurğuların cari vəziyyətini öyrənmək üçün monitorinqə başlayıb. Fondun ekspertləri fevralın 27-də Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda olublar.

Bu barədəAZƏRTAC-a institutdan məlumat verilib.

Görüşdə institutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, rəhbərlik etdiyi qurumun cihaz parkının yenilənməsində AEF tərəfindən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə maliyyələşdirilən müxtəlif qrant layihələri çərçivəsində alınan cihaz və avadanlıqların böyük rolu olub. Həmin müasir cihaz və avadanlıqlarda aparılan elmi tədqiqatlar zamanı əldə edilən fundamental elmi nəticələr dünyanın nüfuzlu jurnallarında dərc olunub, tətbiqi nəticələr isə ölkəmizin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılmasına xidmət edən strateji məhsulların istehsalına tətbiq olunub.

Sonra mütəxəssislər hər bir laboratoriya üzrə qeydiyyatda olan cihaz və laboratoriya avadanlıqlarına baxış keçirib, cari vəziyyəti ilə bağlı qeydlər aparıblar. İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev cihazlar, onların iş prinsipləri, istifadə qaydaları haqqında məlumat verib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed