Edinburq Napier Universitetinin bir qrup doktorantı Azərbaycanda araşdırma aparacaq

Edinburq Napier Universitetinin bir qrup doktorantı Azərbaycanda araşdırma aparacaq

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi Rövşən Kərimov Şotlandiyanın Edinburq şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən olan Napier Universitetində məzuniyyətdə olub.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, səfərin məqsədi Avropa İttifaqının “Beynəlxalq kredit mobilliyi” proqramı çərçivəsində universitetin tədris və tədqiqat təcrübəsini öyrənmək və orada bir sıra işgüzar görüşlər keçirmək olub.

Coğrafiyaçı alimlər müxtəlif elmi istiqamətlər üzrə tədqiqat aparan alimlərin şəbəkəsinə qoşulmaqla gələcəkdə birgə aparıla biləcək elmi əməkdaşlıq fəaliyyətini müzakirə ediblər. Onlar universitetin Tətbiqi elmlər fakültəsinin professor-müəllim heyəti ilə fikir mübadiləsi aparıblar, tədqiqat işləri barədə məlumat veriblər.

Azərbaycanlı alimlər, həmçinin universitetdə ekoloji siyasət və idarəetmə fənni üzrə keçirilən mühazirə və seminarlarda iştirak edib, təhsil müəssisəsinin tədris və beynəlxalq əlaqələr üzrə fəaliyyət siyasəti ilə tanış olub, universitetin elektron kitabxanasına çıxış əldə edərək orada təcrübə qazaniblar.

Qeyd edək ki, proqram çərçivəsində cari ildə Edinburq Napier Universitetinin bir qrup müəllim və doktorantı araşdırma aparmaq məqsədilə Azərbaycana səfər edəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed