..........26

Dünyanın ən böyük və varlı akademiyaları – AMEA onlarla niyə müqayisə olunmaz?

Dünyanın ən böyük və varlı akademiyaları – AMEA onlarla niyə müqayisə olunmaz? - 1
Dünyanın bir çox ölkələrində Elmlər Akademiyası fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılıb.

AzEdu.az budəfə akademiya sistemi olan ölkələr haqqında məlumat verəcək.

Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyası1863-cü ildə yaradılıb və Vaşinqtonda yerləşir.

EA-nın 2000 həqiqi, 200 Nobel mükafatı laureatı, 350 xarici üzvü var (2008).

Akademiyanın işinə prezident başda olmaqla 12 nəfərdən ibarət Şura rəhbərlik edir.

Rusiya Elmlər Akademiyasının50 min elmi işçisi var. Akademiya 1724-cü ildə yaradılıb. Akademiyanın baş qərargahı Moskvada yerləşir. Prezidenti isə Aleksandr Sergeyevdir.

Britaniya və London Kral Cəmiyyətidünyada ən qədim elmi cəmiyyətlərdən biridir və 1660-cı ildə yaradılıb.

İsveç Kral Elmlər Akademiyası(KungligaVetenskapsakademien) 1739-cu ildə İsveç Kralı I Fridrix tərəfindən əsası qoyulub. Akademiya xüsusilə, təbiət elmləri və riyaziyyat sahəsində ixtisaslaşmış müstəqil bir qurumdur. Eyni zamanda, fizika və kimya sahələrindəki Nobel mükafatlarının laureatlarını müəyyən edir.

Almaniyanın Leopoldina Milli Elmlər Akademiyası1652-ci ildə yaradılıb. 1400 üzvü olan akademiya Halledə yerləşir.

Rumıniya ElmlərAkademiyası1935-ci ildə yaradılıb. Akademiyanın həqiqi üzvlərin sayı 120-dir. Burada hər bölmə üzrə 12 üzv müəyyənləşdirilib.

Fransa Elmlər Akademiyasıisə 1666-cı ildə yaradılıb. Akademiyanın prezidenti Sebastian Kandeldir. Akademiyanın 150 həqiqi, 300 müxbir üzvü var. Akademiya Parisdə yerləşir.

Qazaxıstan Milli Elmlər Akademiyası1946-cı ildə yaradılıb. Prezidenti MuratZhurinovdur. Akademiya Alma-ata şəhərində yerləşir.

  • Paylaşmağı unutma

Səhr yaz

first box will be shown second NOT

Bağla
..................