not foundTable './shagird_myusers/viewed1' is marked as crashed and last (automatic?) repair failed Dünya dəyişir: bəs “Yüksəliş” üçün tələb olunanlar nələrdir?

Dünya dəyişir: bəs “Yüksəliş” üçün tələb olunanlar nələrdir?

Dünya dəyişir: bəs “Yüksəliş” üçün tələb olunanlar nələrdir?

Dünya İqtisadi Forumuna görə, texnologiyanın davamlı inkişafı və əlçatanlığı növbəti illər ərzində iş yerlərində tələb olunan bacarıqların dəyişməsinə gətirib çıxaracaq. Belə ki, rollarında qalan işçilər üçün 2025-ci ilə qədər dəyişəcək əsas bacarıqların payı 40% təşkil edir. Bu isə o deməkdir ki, bütün işçilərin 50%-nin yenidən ixtisaslaşmaya ehtiyacı olacaq. Tənqidi düşüncə və problemlərin həllinə yönəlmək bacarığı işəgötürənlərin növbəti beş ildə daha çox diqqət çəkəcəyinə inandığı bacarıqlar siyahısında birinci yerdədir. Qeyd edək ki, bu, 2016-cı ildəki ilk hesabatdan bəri dəyişməz qalır.

Lakin son illərdə yeni ortaya çıxanlar aktiv öyrənmə, davamlılıq, stressə dözümlülük və çeviklik kimi özünüidarəetmə bacarıqları da əhəmiyyətli bacarıqlar siyahısında yer almağa başlayıb. Maraqlıdır ki, “Yüksəliş” müsabiqəsi də iştirakçıların bu növ bacarıqlarının və hətta daha artığının ölçülməsinə yönələn test tapşırıqları və keyslər üzərindən aparılır. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir. İştirakçılar yarımfinal və final mərhələlərində gün ərzində ekspertlərin və mentorların müşahidəsi ilə stress altında tapşırıqların icrasını həyata keçirirlər. Uzunmüddətli müşahidə prosesi öz növbəsində namizədlərin əsas keyfiyyətlərinin üzə çıxarılması və ən əsası şəffaf nəticələr əldə etməyə yardım edir. Bütün bunlar isə öz növbəsində “Yüksəliş” müsabiqəsinin müasir tələblərə uyğun kadrların kəşf olunması və onların inkişafındakı rolunu sübut edir.

“Yüksəliş” müsabiqəsinin məqsədi nədir?

“Yüksəliş” müsabiqəsi 2019-cu ildə Azərbaycanda yüksək intellektual səviyyəli və idarəetmə keyfiyyətlərinə malik perspektivli kadrların müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təşkil olunub. Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli fərmanı ilə təsis edilən bu müsabiqə şəffaf seçim mexanizmi vasitəsilə yüksək intellektə və idarəetmə qabiliyyətinə malik perspektivli şəxsləri müəyyənləşdirir, onlara dəstək verir, həmçinin müasir idarəetmədə yeni yanaşmaları üzə çıxarır.

Birinci müsabiqə uğurla baş tutdu və çoxlu istedadlı kadrları üzə çıxarmaqla kadr ehtiyatı bankını zənginləşdirməyə imkan verdi. Beləliklə, müsabiqədə iştirak üçün müraciət edən 11 760 nəfər arasından 27 qalib müəyyənləşdi. Bununla da Prezident İlham Əliyevin siyasətinin mərkəzində dayanan insan kapitalının inkişafı strategiyası əsasında müsabiqənin yenidən keçirilməsi qərara alındı. Ölkə Prezidenti cənab İlham Əliyev 2022-ci ildə ikinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi haqqında daha bir sərəncam imzaladı. Müsabiqənin İşçi qrupu tərəfindən ikinci müsabiqənin təşkili istiqamətində işlərə start verildi. Fevralın 17-də qeydiyyat mərhələsi başladı və cəmi 5 ay ərzində müsabiqənin bütün mərhələləri uğurla başa çatdı. Beləliklə, iyulun 19-da ölkə daxilində ikinci dəfə keçirilən bu müsabiqənin yeni qalibləri müəyyənləşdi. Müsabiqənin həm onlayn, həm də əyani şəkildə baş tutan 5 mərhələsini uğurla tamamlayan 22 nəfər 12 299 iştirakçı arasından adını qaliblər sırasına yazdırdı.

Yeni nəsil idarəçiləri necə müəyyənləşdirilir?

Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani mərhələ, yarımfinal və final mərhələlərindən ibarətdir.

Müsabiqənin onlayn seçim və əyani mərhələlərində qiymətləndirmə zamanı ən qabaqcıl beynəlxalq imtahan sistemlərində (TOEFL, GMAT, SAT) istifadə edilən T-bal qiymətləndirmə metodundan istifadə edilir. Azərbaycanda bu imtahan qiymətləndirmə sistemi ilk dəfə “Yüksəliş” müsabiqəsində tətbiq edilib. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bu gün bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

Müsabiqənin yarımfinal və final mərhələsində iştirakçıların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən müxtəlif keyslər vasitəsilə qiymətləndirilir.

Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir. İştirakçılar yarımfinal və final mərhələlərində gün ərzində ekspertlərin və mentorların müşahidəsi ilə stress altında tapşırıqların icrasını həyata keçirirlər. Uzunmüddətli müşahidə prosesi isə öz növbəsində namizədlərin əsas keyfiyyətlərinin üzə çıxarılması və ən əsası şəffaf nəticələr əldə etməyə yardım edir.

Yarımfinal və final mərhələsindən əlavə, ikinci “Yüksəliş” müsabiqəsi iştirakçıların müasir trendlər və rəqəmsal bacarıqlar üzrə biliklərinin yoxlanılması prosesini həyata keçirdi. İştirakçıların psixoloji tiplərini müəyyən etmək üçün MBTI testi Azərbaycan dilinə tərcümə olundu və adaptasiya edildi. İştirakçıların kommunikasiya bacarıqlarının ölçülməsi məqsədilə isə Debat turniri təşkil olundu.

“Yüksəliş”ə artan maraq

Statistikalar onu göstərir ki cəmiyyət tərəfindən müsabiqəyə qarşı ciddi maraq müşahidə olunur. İkinci “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün 12 299 nəfər qeydiyyatdan keçib. Bu, ilk müsabiqə ilə müqayisədə daha yüksək göstəricidir. Daha dəqiq desək, ikinci müsabiqə üçün 8495 kişi və 3804 qadın qeydiyyatdan keçib, onlardan 3203-ü birinci müsabiqə iştirakçısıdır. Bu da öz növbəsində onu göstərir ki, ilk “Yüksəliş” yarışmasının keçirilməsi zamanı cəmiyyət onun şəffaf, etibarlı təşkilatçılığına və nəticələrin ədalətli qiymətləndirilməsinə əmin olduğundan 3000-dən çox namizəd ikinci dəfə şansını sınamağa qərar verdi. Statistikalara nəzər saldıqda rastlaşdığımız bir digər maraqlı fakt isə ilk müsabiqə ilə müqayisədə artan qadın iştirakçı və qalib sayıdır. Bundan başqa müsabiqəyə dövlət, özəl, qeyri-hökumət təşkilatları, o cümlədən beynəlxalq qurumların yüksək potensiallı peşəkar əməkdaşları tərəfindən də böyük maraq müşahidə olunur. Bunu istər namizədlərin iş təcrübələrindən, istərsə də universitetlərə qəbul balı və təhsil səviyyələrindən görə bilərik.

“Yüksəliş” müsabiqəsinə yenidən qeydiyyatdan keçməyə az qaldı

İnsan kapitalının qiymətləndirilməsi sahəsində müəyyən data, statistika və metodikaya sahib “Yüksəliş” müsabiqəsi effektiv kadr siyasətinin aparılmasını cəmiyyətə göstərmək, ölkədə peşəkar və mərkəzləşdirilmiş kadr siyasətinin aparılmasını təmin etmək üçün yenidən imkan yaradır. Müsabiqənin İşçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyevin sözlərinə əsasən, yaxın zamanda müsabiqəyə qeydiyyat tarixləri və qeydiyyat prosesi barədə ictimaiyyətə məlumat veriləcək.

Potensialına inan! Gələcəyin liderlərindən biri ol!

Müsabiqədə iştirak etmək, öz bilik və bacarıqlarını sınamaq qaçırılmaz bir imkandır. Lakin hər bir iştirakçı qələbəni əldə etməyi hədəfləyir. Bəs qalibləri nələr gözləyir? Müsabiqə qalibləri iri şirkətlərin top-menecerləri və 1 il müddətində onların mentoru olacaq dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq, o cümlədən özünüinkişaf məqsədilə hər birinə ayrılmış 20.000 manat pul mükafatından yararlanmaq imkanı əldə edirlər. Qeyd edək ki, mentorluq proqramı ölkəmizdə yeni konsepsiyadır. Mentorluq liderlik bacarıqlarının inkişafı baxımından şəxsi inkişafı təmin edən bir üsuldur. Bunu günümüzdə iş dünyasında liderlik bacarıqları arasında önə çıxan öyrənmə bacarıqlarının tətbiqi kimi də hesab edə bilərik. Bundan əlavə, qaliblərin adları kadrların ehtiyat bankına əlavə olunur. Bu isə onlar üçün açılan yeni imkanlar, yeni hədəflər və yeni yüksəlişlər deməkdir.

Azərbaycanın sürətli inkişafı, kadr islahatları, mütərəqqi ideya və təfəkkürə malik gənc liderlərə ehtiyac fonunda “Yüksəliş” müsabiqəsi ölkənin bütün sahələrini yüksək keyfiyyətli kadr potensialı ilə təmin etməyi özünə məqsəd qoyan təqdirəlayiq bir təşəbbüsdür.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed