Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: qeydiyyat davam edir

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: qeydiyyat davam edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM)AZƏRTAC-a bildirilib ki, imtahanların yanvarın 15-də keçirilməsi nəzərdə tutulur. İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 12-si saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 100 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə yanvarın 15-i saat 10:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə saat 11:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə yanvarın 6-sı saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə yanvarın 12-si saat 11:00-dək həyata keçiriləcək.

Xatırladaq ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed