Sizin hazırki nikiniz (ləğəbiniz)

Dövlət orqanında inzibati vəzifələrində maraqlısınız? - OXUYUN

Dövlət orqanında inzibati vəzifələrində maraqlısınız? - OXUYUN - 1

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə elan olunmuş ümumi müsahibədə iştirak üçün namizədlərin qeydiyyatı davam edir.DİM-dən FaktXeber.com-a verilən məlumata görə, ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada aparılır. Yanvarın 8-nə olan məlumata görə, 11 nəfər qeydiyyatdan keçib. Elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 30-u isə B növünə (inzibati icraçı) aiddir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 4-dək saat 18.00-a qədər DİM-in internet portalında qeydiyyatdan keçməlidirlər.

Mənbə: http://www.faktxeber.com

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Öz şərhinizi yazın

Bağla