Dissertasiyanı ingilis dilində yazan iddiaçılar xarici dil imtahanından azad edilirlər

Dissertasiyanı ingilis dilində yazan iddiaçılar xarici dil imtahanından azad edilirlər

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanına 2022-ci il noyabrın 26-da edilmiş dəyişikliyə əsasən dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar ingilis, alman və ya fransız dillərindən birini xarici dil kimi seçərək imtahan verirlər. Yeni qaydalara əsasən, dissertasiyanı ingilis dilində yazan və müdafiə edən iddiaçılar xarici dil imtahanından azad edilirlər.

Dövlət İmtahan MərkəzindənAZƏRTAC-a bildirilib ki, həmçinin dissertasiya işini ingilis dilində yazan və müdafiə edən əcnəbi vətəndaşlar Azərbaycan dili imtahanından azad edilirlər. Bunun əksinə olaraq, dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar isə Azərbaycan dilindən imtahan verirlər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed