Sizin hazırki nikiniz (ləğəbiniz)

Diplomlarla bağlı yenilik (Təhsil Nazirliyi)

Diplomlarla bağlı yenilik (Təhsil Nazirliyi) - 1

Azərbaycan Təhsil Nazirliyi dövlət nümunəli təhsil sənədlərinin yoxlanılmasını asanlaşdıran yeni baza hazırlayır.

Nazirliyin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Rasim Verdiyev Trend-ə bildirib ki, bu bazada 1991-ci ildən bu günə qədər verilən diplomlar və digər təhsil sənədləri barədə məlumatlar öz əksini tapacaq. Artıq bu siyahılar təhsil müəssisələrindən alınıb, bazanın bu mərhələsi üzrə texniki işlər görülür. Bazaya respublikada fəaliyyət göstərən, hətta bağlanmış müəssisələrin arxiv məlumatları da (1991-ci ildən bu günə qədər) daxil edilib.

R.Verdiyev əlavə edib ki, bazanın yaradılmasında əsas məqsəd təhsil müəssisələrinə dövlət nümunəli sənədlərin vaxtında verilməsini təmin etməkdir. Hazırda bazanın bununla əlaqədar olan hissəsi mükəmməl işləyir. Nazirlik rəsmisi bazanın hazırda sırf təhsil müəssisələrinin, təhsil sisteminin tələbatına cavab verən səviyyədə fəaliyyət göstərdiyini də söyləyib.

Sektor müdirinin sözlərinə görə, bazanın yaradılmasında digər məqsəd təhsil sənədlərinin həqiqliyinin onlayn qaydada yoxlanılmasıdır: “Məqsəd odur ki, diplomlarının həqiqiliyini yoxlatdırmaq istəyən şəxslər heç bir çətinlik çəkməsinlər. İstənilən maraqlı şəxs həmin bazadan yararlanmaqla konkret hər hansı təhsil sənədi barədə lazımı bilgi ala, onun həqiqliyini yoxlaya bilsin”.

R.Verdiyev deyib ki, yaxın vaxtlarda bazanın yaradılması işi tam başa çatdırılacaq: "Payızda, uzağı, ilin sonuna kimi onun tam şəklildə cəmiyyətin istifadəsinə verilməsi nəzərdə tutulur".

Nazirlik səlahiyyətlisi əlavə edib ki, bu baza bütün insanlar - idarə, müəssisələr, fiziki və hüquqi şəxslər - bir sözlə, maraqlı şəxslərin hamısı üçün açıq olacaq: "Baza istifadəyə verildikdən sonra idarələrin, müəssisələrin, təşkilatların, fiziki və hüquqi şəxslərin təhsil sənədləri ilə bağlı Təhsil Nazirliyinə və digər təhsil müəssisələrinə müraciət ünvanlamasına ehtiyac qalmayacaq. İstifadəyə veriləndən dərhal sonra da cəmiyyətin hər bir üzvü ondan istifadə edə biləcək. Baza istifadəyə verildikdən sonra artıq konkret maraqlı şəxs həmin bazaya müraciət edəcək, diplomla və digər təhsil sənədi ilə bağlı istədiyi məlumatı həmin bazadan tapacaq. Yəni ki, artıq hansısa diplomun dövlət nümunəli olub-olmamasını, həqiqiliyini yoxlamaq, yaxud məzun haqqında müəyyən məlumatları əldə etmək istəyənlər üçün həmin bazada bütün bu məlumatların hamısı öz əksini tapacaq. Hesab edirəm ki, bu, həm təhsil sistemimiz, həm də bütövlükdə cəmiyyət üçün çox böyük miqyaslı və əhəmiyyətli işdir”.

R.Verdiyev əlavə edib ki, cari ilin məzunlarının adları hələ məzun olmamışdan əvvəl həmin bazaya daxil edilir. Hazırda təhsil müəssisələrində bu il məzun olacaq tələbələrlə bağlı məlumatların elektron bazaya daxil edilməsi prosesi həyata keçirilir.

Nazirlik rəsmisi qeyd edib ki, artıq bir çox təhsil müəssisələri həmin bazaya lazımi məlumatları daxil edərək və diplomların alınması üçün tələb olunan sənədləri təqdim edərək diplomlarla təmin olunublar.

Onun sözlərinə görə, artıq bu baza tam şəkildə işə düşəndən sonra təhsil müəssisələri il ərzində cari ilin məzunları barədə məlumatları bazaya daxil edəcəklər: "İmtahanlardan dərhal sonra isə müvəffəqiyyətlə imtahan vermiş məzunlar və onların sənədləri barədə məlumatlar bazaya daxil ediləcək, imtahandan keçməyənlərin adları isə bazadan çıxarılacaq. Artıq vaxt itkisi olmayacaq. İmtahanlardan sonra məlumatları daxil edən təhsil müəssisələri qısa müddət ərzində bizdən təhsil sənədlərinin blanklarını alacaq. Diplomların verilməsi ilə bağlı tərəfimizdən heç bir ləngidilmə olmayacaq”.

Mənbə: http://bizimyol.info

Yazılmış sərhlər

Qonaq__13705461 - 12.10.2015
bu bazanin yaradilmasi çox gözəldi
Qonaq__12240188 - 26.07.2015
Yaxsi fikirdi
Qonaq__12237002 - 26.07.2015
Ela fikirdi
Qonaq__12129055 - 22.07.2015
çox gozel addimdir. Tehsilimiz üçün irelileyisdir.

Öz şərhinizi yazın

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla