DİM: “Young Learners” imtahanlarına qeydiyyat aparılır

DİM: “Young Learners” imtahanlarına qeydiyyat aparılır

Dövlət İmtahan Mərkəzi (DİM) “Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edir.

DİM-dənAZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat 2023-cü il yanvarın 18-dək aparılır. İmtahan 2023-cü il martın 4-də keçiriləcək.

İmtahan azyaşlılar üçün hazırlanmış üç kvalifikasiya: PreA1 Starters, A1 Movers və A2 Flyers üzrə keçiriləcək. Bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və LinguaSkill imtahanlarını təşkil edir.

Qeydiyyat üçün DİM-in saytındakı linkə daxil olmaq mümkündür. Əlavə məlumat üçüninternational@dim.gov.azpoçtuna yaza bilərsiniz.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed