..........27

DİM tərəfindən dövlət qulluqçuları üçün onlayn təlim təşkil olunub

DİM tərəfindən dövlət qulluqçuları üçün onlayn təlim təşkil olunub - 1

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluqçuları üçün “Əmək qanunvericiliyinin tətbiqi” mövzusunda təlim keçirilib.

DİM-dənAzEdu.az-a bildirilib ki, təlim zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri, əmək müqavilələri, əmək müqaviləsi üzrə işçinin əsas hüquqları, işəgötürənin əsas hüquqları, vəzifələri və məsuliyyəti, əmək müqaviləsinin bağlanmasının əsasları və qaydası, əmək müqaviləsinin forması, müddəti, əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi, əmək kitabçalarının tərtib edilmə və mühafizə qaydaları, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, əmək məzuniyyətinin növləri və s. mövzular barədə təlim iştirakçıları məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.

Qeyd edək ki, iştirakçılar üçün “Əmək qanunvericiliyinin tətbiqi” mövzusunda təlimlər fevralın 25-dək davam edəcək. Təlimin növbəti mərhələsi fevralın 22-də təşkil olunacaq.

Təlimlər “İnsan resurslarının idarə edilməsi”, “Əmək qanunvericiliyinin tətbiqi”, “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzuları üzrə mart ayının əvvəlinədək davam edəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

first box will be shown second NOT

Bağla
..................