DİM: Tarix fənnindən yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssis tələb olunur

DİM: Tarix fənnindən yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssis tələb olunur

Tarix fənnindən yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssis tələb olunur.

Bu barədəAzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Mütəxəssisdən fənn üzrə test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası, tərcüməsi və bu proseslərin təşkili, fənn üzrə yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi və yoxlama prosesinin təşkili və fənn üzrə apellyasiya prosesinin təşkili və özünün də bu prosesdə iştirakı kimi vəzifələr tələb olunur.

Təhsil tələbləri və digər şərtlər:

- Tarix müəllimliyi, tarix, tarix və coğrafiya müəllimliyi ixtisaslarından biri üzrə ali təhsilli olmalıdır;

- Azərbaycan dilini mükəmməl bilməlidir;

- Rus dilini ən azı B1 səviyyəsində bilməlidir;

- Microsoft Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalıdır.

Müvafiq sahədə iş təcrübəsi olanlara, həm Azərbaycan dilini, həm də rus dilini yaxşı səviyyədə bilənlərə üstünlük verilir.

Aylıq vəzifə maaşı 1210 manatdır. Maraqlanan şəxslərdən CV formasını DİM-in saytındakı linkdən yükləyib tam şəkildə dolduraraq (aid olmayan bəndlər boş buraxılır) martın 10-dəka.gasymov@dim.gov.azelektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər seçim mərhələsinə dəvət olunacaqlar.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed