DİM-də təlim: Situasiya mühakimə testlərinin hazırlanması

DİM-də təlim: Situasiya mühakimə testlərinin hazırlanması

Fevralın 17-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında və “Yüksəliş” müsabiqəsində namizədlərin qiymətləndirilməsi üçün istifadə olunan tapşırıqlarla bağlı “Situasiya mühakimə testlərinin hazırlanması” mövzusunda təlim keçirilib.

DİM-dənAZƏRTAC-a bildirilib ki, 86 nəfərin qoşulduğu təlimdə mütəxəssislər, müxtəlif qurumların, eləcə də Mərkəzin əməkdaşları iştirak ediblər.

Təlim DİM-in Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin əməkdaşı Anar Cəfərov tərəfindən keçirilib. Təlimdə səriştə anlayışı, situasiya mühakimə testlərinin strukturu, növləri, tətbiq sahələri və bu mövzu ilə bağlı digər məqamlar haqqında iştirakçılara ətraflı məlumat verilib, həmçinin situasiya mühakimə testlərinə aid nümunələr təqdim edilib. Qeyd edək ki, situasiya mühakimə testləri əməkdaşların işə qəbulu və fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə olunan əsas psixometrik alətlərdən biridir.

Təlimin sonunda iştirakçıların təəssüratlarını öyrənmək məqsədilə sorğu keçirilib.

Xatırladaq ki, qeyd olunan mövzu üzrə DİM tərəfindən təlimlər davam etdiriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed